AĞCİYƏRİN TUBERKULOMASI

AğciyərTuberkulomalar oval və girda şəkildə olub, diametri 2-3  sm-ə çatan məhdudlaşmış vərəm ocağından ibarətdir. Bu ocaqlar bir neçə qatdan  ibarət olub xaricdən fibroz kapsul ilə əhatələnir, mərkəzində isə kazeoz kütlə  yerşir. Rentgenoqramda tuberkulomalar kəskin intensivlikdə kölgəliklər  yaradır, kənarları isə nahamar, girintili-çıxıntılı olur.

Tuberkulomanın xarakterik  rentgenoloji əlamətlərindən kənarında aypara şəkilli şəffaflığın olmasını qeyd etmək lazımdır. Bu əlamət tomoqramda daha aydın görünür. Xəstəlik uzun müddət  simptomsuz gedə bilər. Bir çox hallarda tuberkulomalar təsadüfən rentgenoloji  müayinədə aşkar edilir.

Ağciyər vərəminin digər formalarından fərqli  olaraq,tuberkulomaların ətrafında perifokal iltihabi sahə və ağciyərin kökünə doğru uzanan boylama zolaqlar müşahidə edilmir.

loading...

Tuberkulomalar əksər hallarda ağciyər xərçənginin periferik formasına çox oxşadığından onların diferensiasiyası bir növ çətinlik törədir. Lakin ağciyər toxumasında aşkar edilən vərəm ocaqları və dinamiki rentgenoloji müayinədə kölgoəliyin sabit qalması düzgün diaqnozun qoyulmasına imkan verir.

Ağciyərin kavernoz vərəmi. Vərəm prosesi düzgün müalicə edilmədikdə ağciyər toxuması parçalanır və nəticədə kavernalar əmələ gəlir. Kavernalar əmələ gəlməsinə görə pnevmonik və bronxogen formalara ayrılır. Birinci forma daha çox rast gəlinir və xüsusilə uşaqlarda tez-tez müşahidə edilir. Böyüklərdə əksər hallarda bronxogen kavernalar aşkar olunur. Əksər hallarda kavernalar ağciyərin yuxarı paylarında nadir hallarda isə orta və aşağı paylarında təsadüf edilir.

Kavernaların ölçüsü müxtəlif olub diametri 1-1,5 sm-dən 5-10 sm arasında tərəddüd edir. Bəzən giqant kavernalara təsadüf olunur ki,bu da payın çox hissəsini və ya onu tamamilə tutur. Kavernaların forması müxtəlif olub,az hallarda girdə şəkildə görünür.

Bu kavernalar uşaqlarda səpələnmiş vərəm nəticəsində, böyüklərdə isə infiltrativ vərəmdə müşahidə edilir. Bu cür kavernaların divarı çox nazik, içərisi  isə möhtəviyyatsız olur. Bəzən «ştamplanmış» kavernalara da rast gəlinir. Bu zaman rentgenoqramda az dəyişiklik olan ağciyər toxumasında nazik divarlı kavernalar  görünür.

Kavernaları patoloji-anatomik şəkillərinə görə A.İ.Strukov va A.İ.Abrikosov aşağıdakı qruplara bölürlər:

1.Proqressiv, parçalanan dağılıcı kavernalar. Bu növ kavernalar kazeoz pnevmoniyalar olan sahədə əmələ gəlib forması müxtəlif olur.

2.Təzə elastik kavernalar ətraf toxumalardan aydın fərqlənir, pnevmotoraks üsulu ilə aparılan müalicə yaxşı nəticə verir.

3.Kapsullaşmış,rigid kavernalar 3 qatlı kapsuldan təşkil olunur. Kavernanın içərisi irinlə dolu olur. Bu kavernaları kollapsoterapiya üsulu ilə müalicə etdikdə yaxşı nəticə alınmır.

4.Fibroz kavernalar.

Kavernalar bronxlarla əlaqələnə bilər, bu cür kavernalarda mənfi təzyiq olduğundan onlarda sıxılmaya meyl çox olur və əksər hallarda xəstələr tez  sağalırlar. Rentgenoloji müayinədə kaverna olan sahədə şəffaflıq görünür. Bu şoəfaflıqlar ən çox ağciyərlərin yuxarı payının lateral zonasında, körpücükaltı sahədə təsadüf edilir.

Kaverna vərəmin bütün formalarında təsadüf edilə bilər.

Xroniki fibroz-kavernoz vərəm. Vərəmin bu forması müxtəlif patoloji-anatomik və rentgenoloji şəkillər əmələ gətirir.Rentgenoqramda ocaqlı kölgəliklərlə yanaşı, infiltrativ sahələr də aşkar edilir. Bunlardan başqa bir və ya bir neçə kavernalar da müşahidə olunur. Bütün qeyd edilən rentgenoloji əlamətlər strukturu pozulmuş, fibroz atmalarla mövcud olan ağciyər sahəsində aşkar edilir.

Xroniki fıbroz-kavernoz vərəm prosesində köks qəfəsində müxtəlif deformasiyalar nəzərə çarpır. Bu dəyişikliklər ağciyərdə gedən ağır patoloji proseslərlə əlaqədardır. Ağciyərlərin büzüşməsi nəticəsində rentgenoqramda qabırğaların kölgəliyi assimetrik olur, qabırğalararası sahələr kiçilir, plevra səhfələri isə qalınlaşır və tündlüyü artır. Bir çox hallarda parietal plevra səhfəsi ilə visseral səhfə  bitişir. Nəticədə qabırğa-diafraqma cibləri tənəffüs aktında məhdud şəkildə açılır. Diafraqma gümbəzinin hərəkəti ləngiyir. Fibroz toxumanın nə dərəcədə

inkişaf etməsi ilə əlaqədar olaraq divararalığı üzvləri yerini patoloji tərəfə doğru dəyişdirir. Rentgenoloji müayinədə ürək, traxeya. İri damarlar və bronxların patoloji sahəyı doğru meyl etməsi müşahidə olunur. Ağciyərlərin xroniki fibroz-kavernoz vərəmi ağciyər vərəminin bütün formalarının sonuncu dövrü hesab edilir və bəzi hallarda ən ağır formaya-ağciyər sirrozuna çevrilir.

Mənsümə Xanlarzadə

loading...

Bunuda oxu...