AĞCİYƏR SİRROZU VƏ PLEVRİTLƏR

PlevritFibroz-kavernoz vərəm bəzi hallarda sirroza keçir. Vərəmin bu forması hazırda daha tez-tez təsadüf edilir. Bu uzun müddət aparılan spesifik  müalicənin tətbiqi nəticəsində gəlir.

Bu cür xəstələrin əksəriyyəti vərəm çöpləri ifraz etmirlər, intoksikasiya əlamətləri olmur və hərarət az hallarda  yüksəlir. Xəstələr təngnəfəslikdən, öskürəkdən qanhayxırmadan  şikayətlənirlər.

Ağciyər sirrozunun rentgenoloji mənzərəsi fibroz-kavernoz vərəmə çox oxşayır. Anatomik cəhətdən sirroz zamanı ağciyər toxumasında güclü fibroz prosesi inkişaf edir, ağciyərlər büzüşür və plevra səhfələri isə qalınlaşır.

loading...

Sirroz iki formada müşahidə edilə bilər: yayılmış-ikitərəfli və məhdud-birtərəfli. İkitərəfli sirroz əksər hallarda səpələnmiş vərəmin nəticəsində əmələ gəlir. Rentgenoqramda ağciyərin şəffaflığı azalır, tor şəklində atmalar görünür,bəzi yerlərdə daha tünd kölgəliklər müşahidə edilir.

Bu vəziyyətlərdə ağciyər kökləri bərkiyir və yuxarıya doğru dartılmış olur. Diafraqma sinusları açılmır. Əksər hallarda bu cür xəstələrin köks qəfəsi deformasiyaya uğrayır, qabırğalararası sahələr kiçilir, divararalığı üzvləri sirroz olan tərəfə meyl edir. Diafraqma gümbəzlərrinin konturları dəyişir,onun səthinin hamarlığı itir, dalğavarı şəkil alır və yuxarıya doğru öz yerini dəyişdirir. Fibroz toxuma içərisində kavernaların aşkar edilməsi üçün tomoqrafik üsuldan istifadə edilir.

Geniş yayılmış sirrozlarda ağciyər emfizeması müşahidə edili,bu isə ürəyin sağ mədəciyinin işini çətinləşdirir və onun böyüməsinə səbəb olur. Ona görə də, sirrozlu xəstələr təkcə ağciyər xəstəsi kimi yox,ürək-ağciyər xəstəsi kimi nəzərə alınır.

Plevritlər

Plevritlər özlərinə məxsus kliniki əlamətlərlə davam edir və ağciyər vərəminin axırıncı forması hesab edilir. Başqa ağciyər xəstəliklərinə nisbətən bu xəstəliyə daha tez-tez rast gəlinir.

Plevritlər quru və eksudativ olmaqla iki yerə bölünür. Eksudativ plevritlər eksudatın xarakterinə görə seroz-fibrinoz, hemorragik, irinli olur. Quru plevritlər isə ikincili xəstəlik kimi pnevmoniya,bronxoektaziya,abses və ağciyər infarktı ilə yanaşı gedir.  Əksər hallarda quru plevritlər rentgenoloji olaraq görünmür. Yalnız plevra səhfələri həddindən artıq qalınlaşdıqda,kirəcləşdikdə və adheziv plevritlərdə  rentgenoloji əlamətlərə rast gəlinir.

Eksudativ plevritlər əksər hallarda vərəm mənşəli olur. Lakin bəzi hallarda xəstəliyin amili revmatizm infeksiyası olur. Bunlardan başqa eksudatın plevra boşluğuna toplanmasında soyuqdəymənin və bədxassəli şişlərin ağırlaşmasının da rolu vardır. Tutduğu sahəyə görə diafraqmal,qabırğakənarı kisələşmiş, payarası, divararalığı ətrafı və kisəvarı plevritlərə rast gəlinir. Plevra boşluğunda toplanan eksudatın miqdarından asılı olaraq, plevritin rentgenoloji şəkli dəyişir. Əgər plevra boşluğunda çox eksudat varsa, onda rentgenoloji müayinədə intensiv kölgəlik aşkar edilir.

Kölgəlik çox tünd olduğu üçün qabırğaların kölgəliyi onun fonunda itir. Eksudatın yuxarı kənarı basıq şəkildə görünür – buna Damauzo xətti deyilir, aşağıdan isə diafraqmanın kölgəliyi ilə əhatə olunur. Əgər plevra boşluğunda eksudatdan başqa hava da olarsa, onda mayenin səviyyəsi üfqi vəziyyət alır. Xəstənin vəziyyətindən asılı olaraq mayenin səviyyəsi də dəyişir.

Plevra boşluğuna çox maye toplandığı zaman divararalığı üzvləri əks tərəfə yerlərini dəyişir. Bəzi hallarda ürəyin kənarı köks qəfəsinin yan divarına qədər çatır. Xəstənin yan görünüşdə müayinə edilməsi eksudatın plevra boşluğunda nə vəziyyətdə yerləşməsi barədə təsəvvürü daha da genişloədirir. Bu zaman eksudatın yuxarı kənarı basıq olmaqla, ön və ya arxadan bir qədər yuxarı qalxır.

Ürək arxası sahə eksudatın miqdarından asılı olaraq müxtəlif dərəcədə tutula bilər. Mayenin miqdarı az olduqda rentgenoloji olaraq kölgəlik seçilmir. 400-500 ml və daha çox miqdarda maye olduqda isə kölgəlik asanlıqla aşkar edilir.

Az miqdarda mayeni plevra boşluğunda aşkar etmək üçün xəstə düz, yan, çəp və lateroskopik vəziyyətlərdə müayinə edilməlidir.

Payarası plevritlər zamanı eksudat iki ağciyər payı arasına toplanır və yan görünüşlü rentgenoqramda daha aydın seçilir. Xəstənin vəziyyətindən asılı olmayaraq eksudatın səviyyəsi dəyişmir. Tutduğu yerdən asılı olaraq bu növ plevritlərin kölgəliyinin forması, kənarları və intensivliyi müxtəlif olur.

Orta payarası sahə üfqi yerləşdiyindən buraya toplanan azacıq maye belə tünd kölgəlik verir. Əksər hallarda kölgəlik üçbucaq şəklində olur. Payarası plevritlər ağciyərlərdə baş verən iltihabi proseslərə nisbətən kanarları daha aydın, hamar və kəskin kölgəliklər şəklində aşkar edilir. Lokalizasiyasından asılı olmayaraq bütün payarası plevritlərin aşkar edilməsimdə lordotik və Fleyşner vəziyyətində müayinənin aparılması daha düzgün nəticə verir.

Kisəvarı plevritlər plevra səfhələrinin bitişməsi nəticəsində əmələ gəlir. Bu növ plevritlərdə maye atipik, müxtəlif vəziyyətlərdə yerləşir və verdiyi kölgəliyin forması da müxtəlif olur. Kisəvarı plevritlər diafraqmal, qabırğa kənarı (aksilyar), zirvə və divararalığı ətrafı plevritlərə ayrılır. Bu növ plevritlərdə auskultasiya və perkussiya üsulları kifayət qədər məlumat vermir. Ona görə də, əksər hallarda kisəvarı plevritlər yalnız rentgenoloji üsulun köməyi ilə aşkar edilir.

Diafraqmal plevritlər rentgenoloji olaraq zəif kölgəliyin olması və diafraqma üzərində yerləşməsi ilə seçilir. Yan rentgenoloji müayinədə kölgəlik üçbucaq şəklində olur. Bu üçbucağın əsası diafraqmaya,zirvəsi isə baş payarası yarığa tərəf baxır.

Qabırğa kənarı kisələşmiş plevritlər yarımgirdə formada tünd homogen kölgəliklər törədir. Bu kölgəliklərin əsası ağciyər sahəsinin lateral kənarına, qabarıq səthi isə ağciyərin orta sahələrinə doğru uzanmış olur. Qabırğa kənarı plevritlər əksər hallarda aksilyar xətt üzrər yerləşir. Konturları hamar və kəskin olur. Xəstəni müxtəlif vəziyyətlərdə müayinə edən zaman qabırğa kənarı kisələşmiş plevritin verdiyi kölgəliyin forması yanmkürə şəklini alaraq dəyişir və ağciyərdən kanara çıxır. Qeyd edilən bu əlamətlər plevriti exinokokk sisti,xoş xassəli şişlər və ağciyərin digər şar şəkilli kölgəlik verən patoloji törəmələrindən diferensiasiya etməyə imkan verir.

Divararalığı ətrafı plevritlər çox nadir hallarda təsadüf edir. Onun rentgenoloji şəkli mayenin miqdarından və lokalizasiyasından asılı olaraq müxtəlif olur. Bəzi hallarda divararalığı kənarı plevrit ürəyin hüdudlarının böyüməsi kimi qəbul edilir. Bu iki prosesi birbirindən fərqləndirmək üçün sort müxtəlif vəziyyətlərdə rentgenoloji şəkil alınır.

Xəstə yan vəziyyətdə müayinə edildikdə müxtəlif formalı kölgəliklər ya fəqərələrin, ya da ürəyin kölgəliyi üzərinədə düşür. Mayenin miqdarı çox olduqda rentgenoloji müayinədə orta xətt kölgəliyinin yan tərəflərində uzunsov və boylama istiqamətdə tünd kölgəlik görünür.

Bəzi hallarda çoxkameralı plevritlərə də rast gəlinir. Rentgenoloji müayinədə  çoxkameralı eksudativ plevritlər girdə formalı iki təbəqəli mənzərə əmələ gətirir. Bu kameraların aşağı hissəsi tünd kölgəlikdən, yuxarı hissəsi isə şəffaflıqdan ibarət olur.

Müxtəlif patoloji proseslərin nəticəsində, travmatik zədələnmələrdə plevra boşluğuna hava daxil olur və pnevmotoraks əmələ gəlir.

Mənsümə Xanlarzadə

loading...

Bunuda oxu...