AEROTERAPİYA NƏDİR

AeroterapiyaAeroterapiya, hava ilə müalicə, müalicə və profilaktika məqsədilə açıq havadan istifadə edilməsidir. İqlimlə müalicənin əsas metodlarından biridir. Aeroterapiyanın xüsusi növlərinə uzun müddət (o cümlədən yuxu) açıq şüşəbəndlərdə, balkonlarda, xüsusi iqlim pavilyonlarında gecə-gündüz olmaq, hava vannaları qəbul etmək aiddir.

Aeroterapiyanın bir elementi gəzinti, ekskursiya, idman oyunları və s. zamanı təmiz havanın təsiridir.

Aeroterapiyanın fizioloji və sağlamlaşdırıcı təsiri orqanizmin çoxlu oksigen alması, habelə bədənin soyuması effekti ilə əlaqədardır, soyuğun təsiri uzunmüddətli və arakəsilmədən və qısamüddətli ola bilər. Lakin bu müntəzəm sürətdə təkrar edilməlidir (hava vannaları).

loading...

Aeroterapiyada ultrabənövşəyi şüaların da müəyyən təsiri olur. Bu cür proseduraya işıq-hava vannası deyilir. Hava vannaları dərinin tənəffüsünü yaxşılaşdırır, onun reseptorlanı oyadır, çünki bayırdakı havanın temperaturu dərinin üzərindəki temperaturdan həmişə aşağı olur. Havanın hərəkəti soyuducu təsiri artırır.

Bütün bunlar mərkəzi sinir sisteminə, reflektor olaraq tənəffüs, ürək-damar sistemlərinin funksiyasına, əzələ tonusuna, maddələr
mübadiləsinə və orqanizmin istilik tənziminə təsir edir. Orqanizmin soyuğa müqaviməti artır, yəni orqanizm möhkəmlənir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...