ADENOVİRUS YOLUXUCU XƏSTƏLİYİ

ADENOVİRUSAdenovirus  yoluxucu  xəstəliyi  kəskin  temperaturla gedən virus etiologiyalı xəstəlikdir, selikli qişaların kataral iltihabı  ilə  təzahür  edir  (sinonimlər:  kəskin  temperaturlu  faringit,  faringo-konyunktival  temperatur,  kəskin  follikulyar  konyunktivit, epidemik kerotokonyunktivit, qeyri-bakterial kəskin faringit, adenovirus ishalı).

Adenovirus  yoluxucu xəstəliyin  öyrənilməsinə  1953-cü  ildən  başlanmışdır.  Bu  ildə Rowe  və  əməkdaşları  uşaqlardan  götürülən  badamcıq  və  onun  polipləri ilə hüceyrə toxumasını yoluxduraraq ilk dəfə yeni virus  əldə  etdilər.  O,  virusu  AD  (adenoit  degeneration)  adlandırdı.

Sonra oxşar viruslar kəskin faringit, konyunktivit, atipik ağciyər sətəlcəmi  və  başqa  xəstəliklər  zamanı,  eləcə  də  sağlam  insanlarda aşkar edildi. Ona görə də xəstəliyə müxtəlif adlar verildi.

loading...

1956-cı ildən Enders, Bell, Dingle, Francis tərəfindən adenovirus  termini  təklif  edildi,  xəstəliyə  isə  adenovirus  xəstəliyi  adı  verildi.  Adenovirus  yoluxucu  xəstəliyi  bütün  dünyada  yayılmışdır.

6-12  aylıq  uşaqların  50%-i  adenovirus  serovarlarının  biri  ilə  yoluxmuş  olur.

Adenovirus yoluxucu xəstəliyi tək-tək  və  epidemik  alovlanma  şəklində  baş  verir. Alovlanma,  adətən,  məhdud  şəkildə  qeyd  edilir.  Ədəbiyyatda  300-500-ə  qədər  şəxsin  xəstələndiyi  tək-tək  böyük  alovlanmalar  da  təsvir  edilmişdir. Alovlanma zamanı əksərən adenovirus yoluxucu xəstə liyi ilə ilk dəfə təmasda olan kiçik yaşlı uşaqlar xəs tələnirlər.

Bu, onunla sübut edilir ki, AYX-nın alovlanması çox vaxt məktəbəqədər uşaq müəssisələrində, məktəblərin ibtidai siniflərində  və  yataqxanalarda  baş  verir.

Adenoviruslu  xəstə liklərin  ocaqlılığı da aşkar edilmişdir. Ailələrdə 2-dən 5-ə qədər şəxs xəstələnələr. Xəstəliyin əsas epidemioloji xüsu siy yətlərindən biri uzun inkubasiya dövrü ilə əlaqədar olaraq alovlanmanın ləng inkişafı  və  uzun  sürməsidir.  Alovlanmanın  müddəti  12-45  gün  çəkir.

Xəstələnmənin  əsas  hissəsi  payız-qış  aylarında  qeydiyyata  alınır.  Tək-tək  xəstələnmə  və  ocaqlı  alovlanma,  xüsusilə  uşaq  müəssisələrində, yaz-yay aylarında baş verir.

Adenovirus xəstəlikləri xəstə (açıq, subklinik, gizli formalı) və  virusgəz dirənlər vasitəsi ilə yayılır. Rekonvalessensiya dövründə   qısamüddətli adenovirus gəzdiriciliyi, immun orqanizmdə – tranzitor  gəzdiriciliyi  və  badamcıqlardan  uzun müddətli  gəzdiricilik aşkar edilmişdir. Gəz diricilik 9 aya qədər da vam edə bilər. Xəstəlik  əlaməti  olmadan  uşaq  və  böyüklərin  udlağından  adenovirusların ifrazı və sağlam törədicigəzdirmə qeydə alınır.

Xəstələrdən adenoviruslar xəstəliyin 7-12-ci günündən 25-ci  gününə qədər ayırd edilir. Adenoviruslar meymun, inək, donuz,  it, siçan və quşlardan da əldə edilmişdir. Onların insan patologiyasında əhəmiyyəti az öyrənilmişdir.

Xəstəlik əsasən damcı yolu ilə yayılır, çünki törədicilər əsasən udlağın selikli qişasında yerləşirlər.  Lakin adenoviruslar fekal-oral yolla da yayıla bilər. Bu viruslar bağırsağın selikli qişasında yaxşı inkişaf edirlər və nəcislə ətraf mühitə ifraz olunurlar.

Damcı  ilə  asanlıqla  yayıldığına  görə  adenoviruslarla  görüş  ilk dəfə uşaq yaşlarında baş verir.

Su hövzələrində və kiçik gölməçələrdə çimdikdən sonra adenovirus   konyunktiviti   alovlanması   qeyd   edilir.   Bu   hallarda törədici  konyunk tivaya  su  vasitəsi  ilə  daxil  olur.  Belə  alovlanmalara səbəb adenovirusların xarici mühitə davamlılığı və gözün  selikli qişasının törədiciyə qarşı həssaslığıdır.

Xəstələrin nisbətən zəif kontakiozluğu adenovirusların təbiəti ilə bağlıdır. Yoluxmuş hüceyrədən virusun xaric edilməsi çətin   dir, çünki virus hüceyrənin daxilində yerləşir. Bununla yanaşı,  xüsusilə insanların sıx təması zamanı (yaslı, uşaq bağçaları, uşaq  evləri,  ailəvi  yataqxanalar,  kazarmalar)  virusun  uzunmüddətli  ifrazı nəticəsində yerli alovlanmalar baş verir.

İnkubasiya dövrü 1 gündən 14 günə  qədər davam edir. Adenovirus yoluxucu xəstəliyi klinik əlamətlərin  müxtəlifliyi  ilə  səciyyəvidir.  Bu  xəstəliyin  daimi  əlaməti  yuxarı  tənəffüs  yollarının  gözə  çarpan  iltihabıdır  (faringit).  O, larinqo-konyunktival  temperatur,  onun  38-39 C  qədər  yüksəlmə si, kataral və ya kataral-follikulyar konyunktivit əla mətləri ilə  özünü göstərir. Bəzi uşaqlarda badamcıqlar üzərində adacıqlı və  ya qaysağabənzər təbəqə, göyöskü rəyəbənzər öskürək qeyd edilir.

Bəzən onlarda adenovirus təbiətli mezodinit qeyd edilir. Belə hallarda xəstəlik qarında ağrılı tutmalar, bəzən bağırsaq keçməməzliyi əlamətləri və mülayim kataral əlamətlərlə müşayiət olunnur. Adenovirusların bəzi növləri kiçik yaşlı uşaqlarda bağırsaq  sindromu (hərarət, qusma, ishal) törədir.

Xəstə yatan otağın gün ərzində bir neçə dəfə havası dəyiş dirilməlidir.  Xəstə ayrı qab-qacaqla, şəxsi əl dəsmalı, yataq ləvazimatı və başqa əşyalarla təmin edilməlidir. Xəstəyə qulluq edənlər btənzif burun örtüyündən istifadə etməlidir. Xəstə yatan ota ğın  döşəməsi  hər  gün  sabunlu-sodalı  məhlulla  silinməlidir.  Uşaq  müəssisəsində xəstə aşkar edilən qrupda cari dezinfeksiya aparılır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...