ADDİSON XƏSTƏLİYİ

Addison xəstəliyiBöyrəküstü vəzilərin qabıq maddəsinin ikitərəfli xroniki çatışmazlığı nəticəsində əmələ gələn xəstəlikdir. İlk dəfə xəstəliyi təsvir etmiş ingilis alimi T. Addisonun adı ilə bağlıdır.

Addison xəstəliyinin  səbəbi böyrəküstü vəzilərin vərəm xəstəliyi, müxtəlif növlü şişlər, brüsellyoz, irinli infeksiya, qan xəstəlikləri zamanı işlədilən bir sıra dərmanlar və s.

Bu və ya digər patoloji amilin təsiri nəticəsində böyrəküstü vəzilərin qabıq maddəsinin ifraz etdikləri hormonların (kortizon, kortikosteron, aldosteron) ifrazı xeyli azalır, yaxud tamamilə dayanır.

loading...

Xəstəlik tədricən inkişaf edir. Əsasən 20-40 yaşlarında daha çox təsadüf olunur. Xəstəliyin ən mühüm əlamətlərindən dərinin bürüncü rəng alması, selikli qişada tünd ləkələrin əmələ gəlməsini göstərmək olar. Dərinin açıq və paltar sürtülən hissələrində piqmentasiya daha intensivdir.

Xəstələrə ümumi zəiflik, halsızlıq, qan təzyiqinin aşağı enməsi, baş ağrıları, yaddaş pozğunluqları, həzm aparatının fəaliyyətinin pozulması, əzələ zəifliyi, arıqlama müşahidə olunur.

Xəstəlik xronikidir, bəzən kəskin ağırlaşmalar verir. Xəstəliyin qarşısını almaq üçün həkim məsləhətinə riayət etmək gərəkdir. Qida müxtəlif olmalı, çoxlu miqdarda xörək duzu, vitaminlər, xüsusən C vitamini istifadə edilməlidir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...