ACLIQ HİSSİ

Əvvəllər belə hesab olunurdu ki, aclıq hissi həzm sisteminin beyini “bombardman” etməsi üzündən yaranır. Müasir tədqiqatlar göstərir ki, aclıq siqnalı hipotalamusda yer alan kiçik neyron şəbəkəsinin (bunlar AgRP-neyronlar adlanır) aktivləşməsi ilə işə düşür.

Bu şəbəkə orqanizmdə kalori səviyyəsini izləyir. Azalmanı “detect” edən kimi həyəcan təbili çalırlar. Həyəcan siqnalı daha böyük neyron şəbəkəsinə ötürülür. Bunlar MC4R-neyronlar adlanır. Onların şəbəkəsi güclü olduğu üçün, ciddi narhatlıq (aclıq əzabları) yarada bilirlər.

Siçanlar üzərində araşdırma aparan alimlər AgRP-neyronları süni idarə etməyin üsulunu tapmışlar. Ac siçanlarda aktivləşən bu neyron şəbəkəsi lazer müdaxiləsilə “söndürülür”, bu zaman siçanlar ac olmağa baxmayaraq yeməyə meyl göstərmirlər. Əksinə, tox siçanlarda bu şəbəkəni süni işə saldıqda, siçanlar tox olmağa baxmayaraq acgözlüklə yeməyə başlayırlar.

loading...

Belə metodların insan üzərində sınaq olunması qadağandır. Hazırda alimlər daha zərərsiz metodlar üzərində işləyirlər. Dünyada arıqlamaq istəyən ancaq buna iradəsi çatmayan on milyonlarla insan var. Aclığın əzablarına dözə bilmirlər. AgRP-neyronlar şəbəkəsini idarə etmək o deməkdir ki, belə adamlar aclıq əzablarını aradan qaldırmaqla istədikləri həddə qədər rahatlıqla çəki ata biləcəklər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...