ABSANS EPİLEPSİYA NƏDİR?

Absans epilepsiya əsasən 6-12 yaş arasında olan uşaqlarda şüurun keçici itirilməsi ilə müşahidə olunan epilepsiya növüdür. Xəstəliyin başlanğıc mərhələsi adətən 4-8 yaşlar arasında olur.

Özünü erkən büruzə verən tutmalar gec bilinənlərlə müqayisədə daha rahat müalicə olunur. Absans epilepsiya, oğlan uşaqlarında daha az görülən epilepsiya növüdür. Dərmanlarla effektiv müalicə oluna bilən xəstəlikdir.

Tutma əsasında bir neçə saniyəlik durğun vəziyyət olur. Uşaq kənardan baxınca, xəyala dalmış kimi görülür, o anda xəstə heçnə anlamır və qısa müddətlik şüur itkisi yaşanır. Tutma olan zaman xəstə müəyyən nöqtəyə baxaraq danışmağı və hər hansı bir iş edirdisə onu dayandırır. Xəstə biraz önə əyilə bilər, göz qapaqlarında titrəmə olur.

loading...

Digər epilepsiya növlərinə görə xəstənin həyatına ciddi problemlər gətirməyən rahatsızlıqdır. Uşaqlar daha çox xəyallara getdikləri üçün bu tutmalar hiss olunmaya bilər.

Gün ərzində yüzlərcə tutmalar ola bilər və üzdən bilinmədiyi üçün onların sayını öyrənmək çətindur. Bu problem uşaqda davranış problemləri kimi də dəyərləndirilə bilər.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...