BİLMƏLİ OLDUĞUNUZ FAYDALI MEYVƏ

MeyvələrTərkibi antioksidantlar, fibra, vitamin və minerallar, həmçinin, digər qidalı maddələrlə zəngin olan bu meyvələr daha çox yaşamağınıza, daha yaxşı görünməyinizə və hətta xəstəliklərin də qarşısını almağa kömək edə bilər. Yaxşı olar ki, bu meyvələri təzə-təzə alıb yeyəsiz.

Mütəxəsislərin hesablamalarına görə, siz gündə ən azı 5dən – 9a qədər meyvə tərəvəz yeməlisiz və onların da çoxu həmin super meyvə ola bilər. Tərkibi antioksidantlar, fibra, vitamin və minerallar, həmçinin, digər qidalı maddələrlə zəngin olan bu meyvələr daha çox yaşamağınıza, daha yaxşı görünməyinizə və hətta xəstəliklərin də qarşısını almağa kömək edə bilər.

Yaxşı olar ki, bu meyvələri təzə-təzə alıb yeyəsiz. Mütəxəsislərin hesablamalarına görə, siz gündə ən azı 5dən – 9a qədər meyvə tərəvəz yeməlisiz və onların da çoxu həmin super meyvə ola bilər.

loading...

Almalar

Amerikada ən çox sevilən super meyvədir və bu, xüsusən onun qırmızı və ya yaşıl rənginə görədir. Almanın qabığı kersetin və antioksidləşdiricilərdən ibarətdir ki, bunlar da iltihabın qarşısını almağa, ürək xəstəliklərinin sağaldılmasına və həmçinin alergiyanın qarşısını almağa kömək edir.

Bananlar

Hər 20 dəqiqədən bir aclıq hiss edirsiz? Onda bu meyvə sizin üçündür. Bananın tərkibində qan təzyiqini aşağı salacaq kalium mövcuddur və banan nişasta mənbəyidir ki, bu da maddələr mübadiləsini artırır.

Qreypfrut

Pəhriz saxlayan insanlar üçün Qreypfrut faydalı olan super meyvədir. Lakin  bu meyvə çəkinizdən əlavə, ürəyiniz üçün də faydalıdır. Araşdırmalara görə, gündə bir ədəd yaqut rəngli Qreypfrut xolestrolu aşağı salaraq, ürək xəstəliyinin qarşısını almağa kömək edir. Meyvənin rəngi daha çox qırmızıya çaldıqda faydası çox olur. Greypfrut yüksək miqdarsa antioksidantlardan ibarətdir.

Qaragilə

Qaragilənin beyinin fəaliyyətinə və yaddaşa böyük təsiri var. Araşdırmalara görə, qaragilənin tərkibindəki flavonidin yüksək səviyyəsi, yaddaşın artırılmasına təsir göstərir və beyinin fəaliyyətini qaydaya salır. Qaragilənin tərkibində manganes maddəsi də zəngindir ki, bu da maddələr mübadiləsinin düzgün şəkildə getməsində kömək edir. Maddələr mübadiləsinin qaydasında olması isə sizə formada qalmaq və daim enerjili olmağınıza gətirib çıxarır.

Kantalup (daşqovun)

Hesab edin ki, dərinizin hamar və cavan görünməsində bu meyvədən daha yaxşı heçnə ola bilməz. Kantalup (daşqovun) tərkibindəki A vitamininə və onun törəmələri hüceyrənin təkrar istehsalını artıraraq dəriyə gözəllik verir.

Gilaslar

Gilas Super meyvələr sinfinin ən məşhur meyvələrindən hesab oluna bilər. Onların tünd qırmızı rəngini tərkibindəki antioksidant maddəsinə borcluyuq ki, bu da iltihabı və xolestrol səviyyəsini aşağı sala bilər. Son araşdırmalarda, Miçiqan Universitetinin tədqiqatçıları müəyyən edib ki, laboratoriya siçovullarına gilas verilməsi 50 faizə qədər qan iltihabını azaldıb. Gilası çox yeyənlər həmçinin artıq çəkini itirə və xolestral səviyyəsində böyük azalma müşahidə edə bilər.

Sitrus meyvələri

Cökədən tutmuş naringiyə qədər bütün sitrus meyvələrinin tərkibində vitamin C, fibra, digər qidalı maddələrin kiçik miqdarı və xəstəlik əleyhinə kimyəvi maddələr mövcuddur. Sitrus meyvələrini super meyvə kimi tanınmasında C vitamini xüsusi əməmiyyətə malikdir, çünki bu vitamin  günəşin zərərli şüalarının qarşısını ala bilər, yağ vəzilərini tənzimləyə bilər və hətta yaş ləkələrinin də təmizlənməsinə kömək edə bilər.

Quşüzümü

Bu kiçik giləmeyvələr xüsusilə qadınlar üçün nəzərdə tutulmuşdur. Onlar sidik traktlarından infeksiyanın qarşısını ala bilər və daha dəhşətli xəstəliklərlə də mübarizə aparmağa kömək edə bilər: bunlara yumurtalıq xərçəngini nümunə göstərmək olar. Araşdırmalara görə, quzüzümü yumurtalıq xərçəngi əleyhinə mübarizə aparmaq üçün kimyəvi terapiyə narkotik maddələrinin effektivliyini artırır və bəzi xərçəng hüceyrələrinin artımının qarşısını alır.  Gündə bir stəkan quşüzümü şirəsinin içilməsi xolestrolun səviyyəsini 10 faizə qədər yaxşılaşdırır.

Üzüm

Ürəyin sağlamlığı üçün mühüm maddə – güclü antioksidant olan resvetratol maddəsinə görə üzüm super meyvə hesab olunur. Tədqiqatçılar müəyyən ediblər ki, üzüm toxumunun tərkibində tapılan qarışıqlar Altsheymer  xəstəliyinin azaldılmasına və laboratoriyada yetişdirilən baş və boyun xərçəng hüceyrələrinin məhv edilməsinə kömək edir.

Üzüm, həmçinin, dişlərin də ağardılmasında mühüm rola malikdir. Nyu-York Universitetinin kliniki professor assistantı, Elisa Mellonun sözlərinə görə, üzümün tərkibində alma turşusu dişlərin üzərindəki ləkəni aradan qaldırır. Yeni yetişmiş üzümlər dişlər üçün daha faydalı olur, çünki yetişmə artdıqca tərkibində turşunun miqdarı azalır.

Böyürtkən

ABŞ Kənd Təsərrüfatı Agentliyinin məlumatına görə, böyürtkən antioksidant gücünə görə 10-cu yerdədir. Böyürtkənin tərkibində olan polifenol maddəsi damar xəstəlikləri, xərçəngin qarşısını almağa kömək edir. Bu fibraya görə də birinci yerdədir.

Kivi

Əgər sizin həzm probleminiz varsa onda kivi sizin meyvənizdir. Bir araşdırmada deyilir ki, bağırsaq sindromu olan 41 insan 6 həftə ərzində gündə iki dənə kivi yeməklə onların xəstəlik simptomlarıda azalma baş verib. Kivi qabığı da fibra və ilkin biotik mürəkkəb karbohidratlarla zəngindir.

Portağal

Əgər gün ərzində bir dənə orta ölçülü portağal yesəniz, deməli günlük vitamin C normasını qəbul edibsiniz. Bu da immun sistemə çox yaxşı təsir göstərir. Portağalın tərkibində, həmçinin, fibra, kalium, kalsium, folium turşusu və digər B vitaminləri də vardır ki, bu da sağlamlığınız üçün xüsusi əhəmiyyətə malikdir. Ona görə də getdiyiniz hər yerə bir ədəd portağal götürməyiniz məsləhətdir.

Gavalı

Gavalı narahatlığın azaldılmasına kömək edən sakitləşdirici meyvədir. Gavalının tərkibindəki antioksidantlar hətta fransız alimlərinin fikrincə siçanların da narahatlığını azalda və onları sakitləşdirə bilər.

Nar

Kaliforniya və Los Anceles universitetlərinin araşdırmasına görə, nar şirəsindən alınan şərablar tədqiqi antioksidant səviyyəsi üzrə içkilərin sırasında birinci yeri tutur. Lakin narın şirəsini yenicə çəkibsinizsə, sentyabr və fevral aylarına qədər gözləyin. Nəticədə alınan şərab daha heyrətamiz olur.

Çiyələk

Çiyələk vitamin C ilə çox zəngindir, gündə bir stəkan çiyələk yeməyiniz artıq günlük normanı təmin etməyiniz deməkdir. Onlar, həmçinin ürəyin qorunması üçün olan fol turşunun gözəl mənbəyidir. Hər şeydən daha asanı odur ki, çiyələk təbii olaraq dişlərinizi ağardır. Çiyələyi əzin və onu  yemək üçün nəzərdə tutulmuş soda ilə qarışdırın. Alınan məhlulu dişlərinizə sürtün və 5 dəqiqə saxlayın. Bunu həftədə bir dəfə təkrar edin.

Avokado

Tərkibində sonsuz sada olan yağlı turşuların sayəsində avokado bədəndə yaxşı xolestrolların miqdarını artırır, pis xolestrolların miqdarını isə azaldır. Avokadonun tərkibində yağlı turşular ürək üçün də faydalı xarakter daşıyır.

Pomidor

Bəzi insanlar pomidorun tərəvəz olduğunu düşünsə də, bu bizim top meyvələrimiz arasındadır. Tərkibində C vitamini, fibra, kalium mövcuddur və aşağı kalorili meyvədir.

Moruq

Moruğun tərkibində fibra zəngindir. Təkcə yarım stəkan bu giləmeyvədən yemək sizə 4 qram fibra verir. Siz həmçinin gündəlik tövsiyə edilən 25 faiz vitamin C və manqan əldə edirsiz.

Boranı və ya boranı toxumları

Bəli boranı da meyvədir. Boranı qan təzyiqinin qarşısını alan beta karotinlə zəngindir. Əgər evdə düzəldilmiş boranı piroqu hazırlamaq çətindirsə, onun toxumlarını salata və şorbalara əlavə edə bilərsiz.

Qarpız

Qarpız vitamın A və C ilə zəngindir. Tərkibində ki lisofin maddəsi sizin sağlamlığınız üçün xüsusi əhəmiyyətə malikdir. Tərkibində pomidor ilə müqayisədə daha çox sağlamlıq üçün faydalı olan maddələr var.

Ananas

Ananas nəyin ki yeməklərinizə şirinlik gətirir, həmçinin tərkibində ki bromelin maddəsi köpü azaltmağa və həzm fermentlərini qaydaya salmağa kömək edir.

Tərcümə: Nigar A-zade

loading...

Bunuda oxu...