30 YAŞLI QADINLARDA HAMİLƏLİK RİSKLƏRİ

Artıq qadınların əksəriyyəti 30 yaşı ərəfəsində dünyaya uşaq gətirirlər. Avropada isə dünyaya gələn hər dördüncü uşaq 35 yaşdan yuxarı anadan doğulur. Bu dövrədək ana, peşəkar təhsil alır, ailə qurur. Alimlərin fikrincə gec hamiləlik tendensiyası, müasir tibb nailiyyətlərinin hesabına da, inkişaf edir. Buna görə də, çox qadınlar öncədən bilmək istəyərdilər ki, 30 yaşdan yuxarı hamiləlik hansı riskləri daşıyır.

Uşağın doğulması nə qədər gec yaş dövrünə planlaşdırılıbsa, bir o qədər də, qadının sağlam və normal həyat tərzi vacibdir. Əgər qadın düzgün qidalanırsa, mütəmadi olaraq idmana məşğul olursa, siqaretdən imtina edirsə, onun hamilə olmaq şansları böyükdür.

Hamiləliyin ilk analizi həyəcanlı olur. Həkim ginekoloqun növbəti müayinəsinin nəticəsində, hamiləliyin norma daxilində getməsi, və uşağın ürəyinin döyüntüsünün başlanması müəyyən edilir. Daha sonra, yaşın 30 olduğuna görə, qadını müəyyən risk qruplarına daxil edilir. Çox qadınlar bunu təhlükə kimi qəbul edirlər və həyəcanlanılar ki, bu da, onlara zərərdir. Lakin narahat olmağa ehtiyac yoxdur. Sağlam həyat tərzi keçirən qadınlar, 30 yaşdan sonra da, normal, sağlam uşaq dünyaya gətirirlər.

loading...

Qadının yaşı, bir neçə risk faktorlarından yalnız biridir. Əgər buna digər risk faktorları məsələn artıq çəki də əlavə olunursa, onda hamiləlik, problemli ola bilər. Adətən belə hamiləlik zamanı, diabet, toskikoz qeydə alınır.  Səbəb ondan ibarətdir ki, düzgün olmayan həyat tərzi, irsi xəstəliklər hamiləlik dövrü özünü daha qabarıq biruzə verir.

30 yaşdan yuxarı, sağlam həyat tərzi keçirən qadınlar, digər qadınlar kimi, mütəmadi müayinədən keçərək tam arxayın ola bilərlər.

Dr. Sevinc Əkbərova

loading...

Bunuda oxu...