2 AYLIQ UŞAQ

Körpəİkinci ayda görmə qabiliyyəti ilk aya nisbətən daha yaxşıdır, amma çox uzağı hələ də yaxşı görmür, amma gözləri ilə rəngli əşyaları izləyə bilir. Pastel rəngləri ayırmağa başlayır amma parlaq rənglərə üstünlük verir. Yemək yediyi butulkasını, əmziyini ayırd edə, reaksiya verə bilər.

Ətrafdakıların hərəkətlərini və səslərini izlədiyi üçün dili daim hərəkətdə olur və səslər çıxarmağa çalışır. Dilini və dodaqlarını hələ tam hərəkət etdirə bilmədiyi üçün təkcə sait səslər çıxarır. Samit səsləri çıxarması üçün 3-5 ayı gözləmək lazımdır.

İkinci ayda eşitmə qabiliyyəti ilk aya nisbətən inkişaf etmiş olur. Ananln səsini net ayırd edə bilir. Qalın və incə səsi ayırd edə bilir. Eşitdiyi səsləri təqlid edərək ona bənzər səslər çıxarmağa çalışır, onun çıxardığı səsləri təkrarlasanız ona danışmaqda böyük dəstək və özünə güvən vermiş olacaqsınlz. Başa duşməz deməyin, onunla danışın, bədən üzvlərini tanıdın, bu əlindir, bu gözlərindir kimi…

loading...

Sosial inkişafı üçün onunla göz göze baxın, adıyla müraciət edin. Boyun, kürək və qarın əzələlərinin inkişafını dəstəkləmək üçün üzüüste sərt bir müstəvidə hər gün 15 dəqiqə olmaqla uzadin. Bu ayda körpələr:

Üzüstə uzandıqda bədənlərini 45 dərəcə yuxarı qaldırırlar

əllərini kəşfedir

özünün çıxardığı səsləri xoşladığı üçün daima səs çıxarır

əşyaları tutmağa başlayır

ixtiyarsız hərəkət edir, hərəkətləri arttdığı üçün yüksık yerlərdə nəzarətsiz qoyulmamalıdır.

Artıq yuxu rejimi formalaşmağa başlayır. Gündüzlər daha az, gecələr daha çoz yatmağa başlayır

Bu ayda uşaq gülməyə başlayır

Davamlı olaraq əl və ayaqlarını tərpədir

Anasının qucağındaykən sakitləşir

Bəzi reflekslər artıq itir, bu ayda “dirəşmə refleksi ” tam alınmırsa bu normaldır, hər hansı müalicəyə, massaja ehtiyac yoxdur.

Dr. Ellada Nağıyeva

loading...

Bunuda oxu...