ƏZƏLƏLƏR VƏ ONLARIN FUNKSİALARI

Əzələ sistemi hərəkət aparatının aktiv hisəsidir. Əzələlərin yığılması nəticəsində orqanizmin yer dəyişməsi təmin olunur, bədən müxtəlif hərəkətlər edir və şaquli vəziyyətdə saxlanılır.

ƏZƏLƏLƏRİN QURULUŞUƏzələlər yığıldıqda tənəffüs, çeynəmə, udma, nitq baş verir, əzələlər daxili orqanların funksiyalarına təsir etməklə yanaşı, qanın və limfanın hərəkətində iştirak edir.

İnsan bədənində 600-ə qədər əzələ vardır ki, onların əksəriyyəti cütdür. Bədən əzələlərinin 20-30%-i gövdə və baş nahiyəsində, 25-30%-i yuxarı ətraflarda, təxminən 50%-dən çoxu aşağı ətraflarda olur. Həmcinin kişi orqanizminin 42%-i; qadınların 35%-i; idmançıların 45-52%-i; qocaların 30%-ni əzələlərdən ibarətdir .

loading...

Əzələ hərəkətli orqandır. Əzələsinin orta aktiv hissəsi-qarıncığı və vətərlərlə tamamlanan ucları vardır. Qarıncıq eninəzolaqlı əzələ toxumasından ibarətdir. Əzələlərin uclalında sərt birləşdirici toxumadan təşkil olunmuş vətərlər olur ki, bunların köməyi ilə əzələ sümüyə birləşir. Vətərlər çox möhkəmdir, rəngləri acıq olur.

Endomiz-nazik birləşdirici toxuma qişası olub, əzələni xaricdən örtür. Perimiz-əzələ dəstəsini örtən birləşdirici toxuma qişasıdır. Fassiya isə əzələ qarıncığını xaricdən örtən möhkəm qişadır.

Hər bir əzələ üçün, yəni, forma və böyüklüyünə görə məxsus vətər olur. Aponevroz-enli əzələlərin vətərlərinə deyilir. Bundan başqa ovucun dərialtı və ayaqaltı fassiaları da aponevroz adlanır.

Əzələlər formasına görə uzun, qısa, enli olurlar. Uzun əzələlər ətraflarda, qısa əzələlər fəqərələrin və qabırğaların arasında, enli əzələlər gövdə, ətrafların qurşaq nahiyyələrində və s. hissələrdə yerləşir.

Skelet əzələləri-eninəzolaqlı əzələ liflərindən ibarətdir. Baş, gövdə, yuxarı və aşağı ətraflarda yerləşir. Qan damarları və sinirlərlə zəngindir, hissi və hərəki neyroların lifləri ilə sinirlənir.

Onurğa beyindən gələn impuluslar hərəki sinirlər vasitəsi ilə əzələyə ötürülməsi nəticəsində əzələlərin yığılmasını təmin edir. Eninəzolaqlı əzələlər iradi olaraq yığılır, bədən hissələri hərəkət edir, orqanizm yeriyir.

İnsanın hərəkətində oynaqları bükən və acan əzələlər iştirak edir. Bu əzələlər eyni vaxta boşalmış olduqda istirahət edirlər. Funksialarına görə əzələlər açıcı, bükücü, yaxınlaşdırıcı, uzaqlaşdırıcı və s. olurlar.

Baş əzələləri – bunlara ceynəmə və mimiki əzələlər aiddir. Ceynəmə əzələlərinə çeynəmə, gicgah, daxili və xarici qanada- bənzər əzələlər aiddir. Bu əzələlər cənəni qaldırıb endirir, önə, arxaya, yanlara hərəkətini təmin etdirir.

Mimiki əzələlər emosiyanın əks etdirir, dəri altında yerləşərək, dəriyə bağlanır. Mimiki əzələlərin bəziləri üzün yumuşaq toxuması içərisində, bir qismi isə sümükdən başlanıb, dəriyə bağlanır. Mimiki əzələlərə kəllə qapağı əzələləri, qulaq əzələləri, gözün dairəvi əzələsi, ağzın dairəvi əzələsi, böyük almacıq əzələsi, yuxarı dodağı və burun qanadlarını qaldıran əzələ, yanaq əzələsi və s. aiddir .

Boyun əzələləri üç qurupa bölünür. 1) Boynun səthi əzələləri; 2) Dilaltı sümüyə bağlanan əzələ, 3) Boyunun dərin əzələləri.

Boyun əzələlərinə döş-körpücük məməyəbənzər əzələ, cənə-dilaltı əzələ, ikiqarıncıqlı əzələ, döşaltı əzələ, kürək – dilaltı əzələ, ön və orta pilləri əzələ, tropesiyayabənzər əzələ və s. daxildir. Boyun əzələləri başın sağa, sola, yuxarı və aşağı hərəkətlərini, alt çənənin aşağı enməsini, qabırğaların hərəkətini, tənəffüs aktivləşməsini və s . funksiyaları təmin edir.

Yuxarı ətraf əzələləri çiynin qurşağı (deltayabənzər əzələ, tinüstü, tinaltı əzələlər, böyük və kicik girdə əzələlər, kürkaltı əzələlər) və yuxarı ətrafın azad hissəsi əzələlərinə (bazu, said, əl əzələləri) bölünür.

Döş əzələləri ciyin qurşağı və yuxarı ətrafın hərəkətlərini, həmcinin döş qəfəsinin hərəkətlərini və onurğa sütununun hərəkətlərini təmin edir.

Qarın əzələləri. Qarın boşluğunu örtür, gövdəni sağa və sola hərəkət etdirir. Nəfəs vermə aktlarında və doğuş prosesində iştirak edir. Qarın əzələləri iki qurupa bölünür. Birinci qurupa qarın düz əzələsi, piromidal əzələ, xarici, daxili çəp və köndələr əzələlər, ikinci qurupa isə böyük və kicik bel əzələləri, belin kvadrat əzələsi aiddir.

Aşağı ətraf əzələlərinə çanaq, bud, baldır və ayaq əzələləri aiddir. Çanaq əzələləri daxili və xarici çanaq əzələlərinə bölünür .

Bel əzələləri. Bunlara böyük və kiçik bel əzələləri, qalca əzələsi və s. aiddir. Bu əzəllələrin nəfəsalma aktının yerinə yetirilməsində, onurğa sütununun hərəkətlərində rolu böyükdür.

İnsanın orqanlar sistemi və xəstəlikləri, i. A. Axundov, “MVS nəşr”, Bakı – 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...