ƏSƏBLƏR YORULANDA

ƏsəblərƏsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri insanın iradəli olmasıdı. Bununla yanaşı əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdı. Bir sıra maddələr əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları faydalıdır.

Əsəbi şəxslərdə adətən yuxusuzluq halları müşahidə edilir. Belələri ilk növbədə yuxunun qeydinə qalmalıdı. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, suda çimmək və müxtəlif əyləncə ilə məşğul olmaqdır. Nigarançılıq, təngə gəlmək və s. yorğunluğa və nəticə etibarı ilə əsəblərin zəifləməsinə səbəb olur. Həddən çox yorğunluq zamanı yuxusuzluq baş verir qan təziqi yuxarı qalxır ürək zəifləyir. Bu cür adamlar üç mühüm məsələyə-lazımi qədər istirahət etməyə,
az işləyib özünü çox yormamağa, yuxu rejimini saxlamağa diqqət yetirməlidir.

Əsəbi yorğunluq və narahatlıq hallarında bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir. Çobanyastığı gülü yorğunluq, əsəb ağrıları və baş ağrısı üçün faydalıdı. Bunun üçün bir xörək qaşığı quru çobanyastığı gülünü 100 qram qaynanmış suda bir saat dəmə qoyur, sonra onun şirəsini çəkir bir azca şirinlədib işlədirlər. Onun yağınğı isə əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.

loading...

Bədmüşk yarpağının qaynanmış suyunu və ya gülünün dəmləməsini (50 qr qurumuş gülü bir litr qaynar suda 12 dəqiqə ərzində dəmləyib bir az şəkər qatmaq) gündə 3 dəfə yeməkdən əvvəl bir fincan içmək tövsiyyə edilir. Əsəb pozğunluğuna qarşı raziyanədən istifadə edilir. 15-30 qr quru raziyanəni xırdalayıb 1 litr soyuq suya tökür 1 dəqiqə od üzərində qaynadırlar, sonra onu 10 dəq. dəmə qoyur süzüb az bal əlavə edərək yeməkdən sonra 1 fincan içirlər. Bu baş ağrısını sakitləşdirir, yuxu gətirir və əsəbləri sakitləşdirir. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladıb qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd yemək kifayətdir.

Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olduqda yemək zamanı soğan işlətmək məsləhət görülür. Limon şərbəti əsəbləri və zehni möhkəmləndirir. Portağal və naringi yemək əsəb sistemi, əsəbi böhran və gərginlik hallarında münasib sayılır. Mərəcüyüd və sumaq əsəblər üçün zərərdir.

loading...

Bunuda oxu...