ƏSƏB KONTROLU POZUNTULARI

Qıcıqlanmanın, hirsin düzgün ifadə edilə bilmə bacarığına əsəb kontrolu deyilir. Hirsimizi necə cilovlaya bilərik, bu mümkündürmü?

Əsəbi kontrol etmənin məqsəqi, insanın bu hissini təcavüzkar davranışlara çevirmədən özünə və ətrafına zərər vermədən düzgün olaraq ifadə etmək bacarığını qazanabilməsidir. Acizlik, çarəsizlik, qorxu, narahatçılıq, tənhalıq, qısqanclıq və biriləri tərəfindən anlaşıla bilməmək əsəbi yaradan hisslərdir. Əsəbin qaynağı olan bu duyğuları paylaşa bildiyiniz, anlaya bildiyiniz və doydura bildiyinizdə keçirilməsi daha rahat olacaqdır.

Hirs, əsəb təbii və olub-keçən bir hissdir, hər birimiz bu hissi yaşayırırıq. Məqsədiniz əsəb hissini tamamilə yox etmək deyil, əsəb hissini kontrol etmə qabiliyyətini qazanmaq və əsəbləşdiyiniz zaman ətrafınıza zərər vermənizin qarşını almaqdır.

loading...

Haqlı olduğunuz halda haqsız vəziyyətdə qala bilərsiniz!

Əgər əsəbinizi, hirsinizi cilovlaya bilməsəniz, siz haqlı olduğunuz halda belə, haqsız olaraq görünəcəksiniz.

Əsəbinizi düzgün şəkildə ifadə edə bilməməyiniz peşman olacağınız, sonradan düzəldə bilməyəcəyiniz vəziyyətlər yarada bilər. Əsəbinizi düzgün şəkildə ifadə edə bilmək üçün, ilk növbədə özünüzü tanımanız və istədiklərinizi bilməniz lazımdır.

Depressiya, nevroz, təşviş-həyəcan pozuntularanda artmış dərəcədə, səbəbsiz və kontrol ediləbilməyən əsəb halları çox sıx görülür.

Dr.  Azər Bağırov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...