ƏRİNİZ SİZDƏN İNCİYİB ?

Kİşi və qadın sonsuzluğuÇox zaman insanlar arasında yaşanan mübahisələr incikliklə nəticələnır. Və bu inciklik, bəzən uzun sürüb, cütlüklər arasında anlaşılmazlıqlara gətirib çıxarır.

Belə mübahisələrin, anlaşılmazlıqların və incikliklərin sayı artdıqca, aradakı mehribanlıq, səmimiyyət “soyuqluqla” əvəz olunur. Yaratdığınız incikliyi zamanında həll etməyə səy göstərsəniz, sonrakı problemlərin yaranmasının qarşısını almış olarsınız… Beləliklə, bir neçə yanaşamanı sizə təqdim edirəm:

İncik tərəfə zaman verin! Qoyun bir balaca hirsi yatsın! Əgər incik tərəf kişidirsə, hirsi tam keçənə qədər gözləməniz lazımdır, amma ondan o tərəfə yubatmayın!

loading...

Əgər qadındırsa, çox gözləməyinizə ehtiyac yoxdur. Bir qədər vaxt verib, hirsi tam keçməmiş könlünü almağa cəhd göstərin, hətta sizi acılasa belə… Əks halda, sizin “verdiyiniz vaxt” öz əleyhinizə işləyə bilər. Qadınlar hirsi soyuyandan sonra çox qısa zaman ərzində üzrxahlığa açıq, barışığa meylli olurlar. Vaxt keçdikcə isə, əgər siz hələ də “ləngiyirsinizsə”, onların “şübhə dolu” fikirləri vüsət alır və dayanmadan, get-gedə artır…

Hər iki vəziyyətdə, yəni incik olanın qadın və ya kişi olmasından asılı olmayaraq, verdiyi kəskin cavablara aqressivlik göstərməyin! Təmkininizi qoruyun! Sakit və mülayim şəkildə ona verdiyiniz dəyəri hiss elətdirməyə çalışın! Ehtiyac olarsa, günahlandırmanın doğru olduğunu ifadə edən nələrsə deyin. Məs:”Sən haqlısan!”- deyə bilərsiniz. Amma bu halda da bağışlanmanın dərhal olmasını gözləməyin! Statistikaya görə, çox nadir hallarda dərhal “bağışlanma” olur.

Birinci cəhddən sonra incikliyi olan şəxsə fikirləşmək, götür-qoy etmək üçün zaman verin! İmkan verin, o, da “soyuq” başla düşünsün, yaranan vəziyyəti analiz eləsin. Amma sonrakı diskusiyanı çox da uzatmyın! Bu sizə qarşı güvənsizlik yarada bilər və siz laqeydlikdə günahlandırıla bilərsiniz.

Olub-keçənlərə görə təəssüf hissi keçirdiyinizi deməkdən çəkinməyin! Və qarşı tərəfi heç bir halda sizi bu hərəkəti etməyə vadar etmiş şəxs qismində günahlandırmayın!

Üzrxahlıq edərkən laqeydlik kimi qiymətləndirilə bilən heç bir hərəkət etməyin! Səmimi olin! Birbaşa göz təması yaradın! Açıq danışmaqdan çəkinməyin!

Etdiyinizi səhvi və günahlarınızı etiraf etməkdən çəkinməyin! Amma ləyaqətinizi də qoruyun… Siz etdiyiniz hərəkətlərə cavabdehlik daşıyan bir şəxs olaraq, səhvlərinizdən nəticə çıxarıb, onları düzəltməyə qadir olduğunuzu aydın şəkildə hiss etdirməlisiniz.

Bütün bu yanaşmalarda tərəf müqabilinizin şəxsi keyfiyyətlərini nəzərə almağı unutmayın! Onu hansı təmasa üstünlük verdiyini diqqətdə saxlayın və daha çox ondan istifadə edin!

Psixoloq Almaz Əskərova

loading...

Bunuda oxu...