ƏN ÇOX RAST GƏLİNƏN ENDOKRİN SİSTEMİ XƏSTƏLİKLƏRİ

ENDOKRİN XƏSTƏLİKLƏREndokrin sistemi xəstəlikləri müxtəlifdir və fərqli formalarda rast gəlinir. Endokrinoloqlar daha çox diabet, tireoid və aybaşı pozulmaları kimi xəstəlikləri müalicə edirlər.

Endokrinologiyanın əsas sahələri aşağıdakılardır:

Diabet

loading...

Diabet xəstəliyi olan insanların qanında yüksək miqdarda şəkər olur. Aparılan araşdırmalar göstərdi ki, qanda şəkəri normada saxlamaqla diabet xəstəliyi nəticəsində yarana biləcək problemlərin qarşısını almaq mümkündür. Bu problemlər gözl, böyrək və sinir sistemi ilə əlaqəlidir və qanda şəkərin normal səviyyədə olmaması xəstələrdə korluğa, böyrək çatışmazlığına, dializə və ya qanqrenaya səbəb olur.

Tireoid

Tireoid pozulması olan xəstələrdə tez-tez əhvalın dəyişməsi, əzələ zəifliyi, çəkidə dəyişiklik, nəzarət, istiyə və ya soyuğa qarşı dözümsüzlük kimi problemlər yaranır. Endokrinoloqlar tireoidin çox və ya az işləməsindən qaynaqlanan tireoid hormonu çoxluğu (hipertiroidi) və ya azalması (hipotiroidi) olan xəstələri müalicə edirlər.

Sümük

Sümüklərin yumşalması yeniyetmələrdə osteomalazi (uşaqlarda raxit) və osteoporoz, kalsium tarazlığını pozan və osteoporozun inkişafına səbəb olan paratireoid xəstəliklərə endokrinoloqlar diaqnoz qoyub, müalicə edirlər. Osteoporoz sümükləri zəiflədən xəstəlikdir. Sümük toxumasına bəzi hormonlar müsbət bəziləri isə mənfi təsir göstərir. Hormon səviyyəsində pozulmalar yarandıqda sümüklər kalsium itirərək zəifləyir.

Sonsuzluq

Dünyada təxminən hər 10 nəfərdən biri uşaq sahibi ola bilmir. Endokrinoloqlar sonsuzluğa səbəb ola biləcək hormonal pozulmalara diaqnoz qoyub və müalicə edirlər. Endokrinoloqların müalicə etdiyi reproduktiv sistemin problemlərinə menopauza şikayətləri, aybaşı pozulmaları, polikistik over sindromu, predmenstrual sindrom və impotensiya (cinsi zəiflik) daxildir.

Artıq çəki və piylənmə

Endokrinoloqlar artıq çəki və piylənmə, metobalik və hormonal problemlərin səbəbini araşdırıb, müalicə edirlər. Piylənməsi olan insanın orqanizmində yüksək miqdarda yağ toplanır. Tireoid, böyrəküstü vəzləri, over və hipofiz pozulmaları piylənməyə səbəb olur.

Böyümə

Lazımı miqdarda böyümə hormonunun olmaması uşaqlar və yetişkinlərə mənfi təsir göstərir. Pediatr-endokrinoloqlar qısa boy və digər böyümə pozulmalarına səbəb olan endokrin pozulmaları olan uşaqları müalicə edirlər.

Hipertoniya

Hipertoniya yüksək qan təzyiqidir və ürək xəstəliyi üçün risk faktorudur. İnsanların 10%-dən çoxunda böyrəküstü vəzindən ifraz olunan aldosteron hormonunun çoxluğu yüksək qan təzyiqinə səbəb olur. Metobalik sindrom və ya nadir hallarda böyrəküstü vəzin törəməsi feokromositoma hormon balansının pozulmasına yol açaraq hipertoniyanın yaranmasına səbəb olur.

Lipid pozulmaları

Tez-tez rast gəlinən lipid pozulmaları; xolesterol çoxluğu, triqliserid çoxluğu ya da qoruyucu xolesterolun (HDL Xolesterol) aşağı olmasıdır. Yağ səviyyələrinin yüksək olması ürək (koronar) xəstəliyi, iflic və perifer damar xəstəlikləri ilə əlaqəlidir.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...