ƏN AĞIR ADAM

Pedro32 yaşlı meksikalı Xuan Pedro  500 kq çəkiyə sahibdir. Bu onu planetin ən ağır adamı edir. Son altı il o evdən kənara çıxmayıb. Xuanın anası oğlunun həmişə normadan artıq kök olduğunu deyir, ancaq buna baxmayaraq onun aktiv həyatı olub – xorda ifa edib, gitarada oynayıb və hətta futbol komandasının üzvü olub. Xuanın çəkisi 17 yaşında keçirdiyi avtomobil qəzasından sonra sürətlə artmaya başlayıb.

Xuam deyir ki özüdə anlamır, necə bu qədər kökəlib. O dieta saxladığını ancaq bunun faydasının olmadığı görəndə ümüdsüzliyə düşdüyünü deyir. «Bir dəfə mən komaya düşdüm, özümə gələndə yataqda idim, həmin vaxtdan mən ayağa qalxmamışam» – Xuan.

Bu yaxınlarda Xuan həkimə müraciət etmək qərarına gəlib. O ümid edir ki arıqlayacaq və normal həyata qayıda biləcək. Həkimlər onda ikinci tip diabet, hipertenziya, hipotireoz və ciyərlərində maye aşkar ediblər. Xose Kastanyeda, Xuanın müraciət etdiyi xəstaxananın həkimi, deyir sonuncu böyük ehtimalla cavan olduğuna görə hələ yaşayır.

loading...

Mədə əməliyyatından öncə Xuan altı aylıq müalicə kursu keçəcək, bu onun vəziyyətini stabilizə etməlidir. Xatırladaq ki 2015-ci ilin dekabırında, ağır çəkidən əziyyət çəkən digər meksikalı Andres Moreno Supelveda  vəfat etmişdir. Onun çəkisi 459 kq bərabər idi və o dünyanın ən ağırçəkili adamı sayılırdı. Vəfatından bir neçə ay öncə Andres bariatik əməliyyat keçirmişdi, əməliyyat onun çəkisini 50 kq azaltmışdır.

loading...

Bunuda oxu...