ƏLLƏRİ KİŞİLƏR HAQQINDA NƏ DEYİR

Kişi əlləriƏlləri kişilər haqqında faydalı məlumat verir. Bunu, mütəxəssislər tədqiqatlar zamanı öyrəniblər. Barmaqların uzunluğu kişilərin ətraflarındakı insanlara münasibətini göstərir. Həmçinin onların övladlarının sayı haqqında məlumat verir.

Kişilərin işarə və adsız barmaqlarının uzunluğu hələ ana bətnində onlara təsir edən gendən asılıdır.

İkinci və dördüncü barmaqların uzunluq fərqi (digit ratio) nə qədər azdırsa, deməli ananın qanında bir o qədər çox testesteron olub. Bu isə övladı daha mərd və ətrafı ilə yaxşı davranan insan edir. Əsasəndə əks cinslə. Bunu Personality and Individual Differences adı altında nəşr olunmuş tədqiqatın müəllifləri deyir.

loading...

«Qadınlarla ünsiyyətdə belə kişilər daha diqqətli, gülərüz, ünsiyyətcil olurlar, rahat kompromisə gedirlər və komplimentlər edirlər» – Debbi Moskovitz  proyektin rəhbəri, deyir.

Belə davanış həm şəxsi, həm ictimai həyatda xarakterikdir. Digər kişilərlə ünsiyyətdə isə onlar daha sülhsevərdilər.

Əvvəllki tədqiqatlar barmaqlarının uzunluq fərqi az olan kişilərin daha çox övlada sahib olduqları göstərmişdi. İndi alınmış nəticələr isə bunun qadınlarla daha harmonik əlaqənin omlasından irəli gəldiyini bildirir. Qadınlarda bu fərqin (digit ratio) analizi heç bir nəticə verməmişdir.

Mənbə: McGill University

loading...

Bunuda oxu...