ƏKİZ HAMİLƏLİK

Bir çöx ailə cütlükləri körpələrinin əkiz olmasını arzulayirlar. Bu səbəbdən də əkiz hamiləliklərini necə təmin etmək olar maraq edirlər. Əkiz hamiləlik üçün şansı artıran bəzi faktorlar mövcuddur. Qadının ailəsində əkiz ya da çoxdöllü hamiləliklər olubsa onun hamiləliyin əkiz olması şansı artır.

Süni mayalanma, aşılama kimi köməkçi reproduktiv üsullarında də çöxdöllü hamiləliyin tezliyi artır. Əkiz hamiləliklər irqlər arasında fərqlənir. Bəzi irqlərdə əkiz hamiləlik nisbəti daha yüksəkdir. Afrika ölkələrində, məsələn, Nigeriyada əkiz hamiləlik nisbəti ən yüksəkdir.

Kişinin ailəsində əkiz hamiləliyin tezliyi bu vəziyyətə hər hansı bir şəkildə təsir etmir. Bütün hamiləliklərin təxminən yüzdə biri əkiz hamiləliktir. Bütün əkiz hamiləliklərin təxminən üçdə ikisi cüt yumurta əkizlərdir.

loading...

Əkizlər tək yumurta əkizləri (monozigotik) və cüt yumurta əkizləri (dizigotik) olaraq ikiyə ayrılırlar. Bütün əkizlərin onda biri monozigotik əkizlərdir.

Dizigotik əkizlər (cüt yumurta əkizləri).

Cüt yumurta əkizləri anadan gələn iki yumurta hüceyrənin atadan gələn iki spermatozoid ilə mayalanması nəticəsində meydana gələrlər. Qadında iki dominant follikul yetişir ve ovulyasiya olunur. Eyni anda iki yumurta hüceyrəsi 2 spermatozoid ilə mayalanır. İki dənə mayalanmiş yumurta hüceyrəsi (zigot) yaranır, bu səbəblə dizigotik deyilir. “di” – iki, “zigot” – mayalanmiş yumurta hüceyrəsi mənasını daşıyir.

İki dənə ziqot iki ayrı körpəni meydana gətirəcək şəkildə ayrı-ayrı inkişaf edir. Bu zigotların genetik strukturları eyni deyil ona görə uşaqların cinsiyyətləri, xarici görünüşləri fərqli ola bilər. Yani, uşaqlar fərqli illərdə doğulan iki qardaş kimidirlər, yalnız eyni anda eyni uşaqlıqda inkişaf edirlər. İkisi də qız və ya ikisi də oğlan ola bilər, ancaq ən tez olaraq birisi qız digəri oğlan olur.

Monozigotik əkizlər (tək yumurta əkizləri).

Çoxdöllü hamiləlikMonozigotik əkizlər tək bir yumurta hüceyrənin ikiyə bölünməsi səbəbiylə meydana gəldiyi üçün bütün xüsusiyyətləri (xarıcı görünüş, cinsiyyət), genetik strukturları daxil, eynidir. Yani bir yumurta hüceyrəsi bir spermatozoid tərəfindən mayalanır lakin daha sonra ikiyə bölünür. Cinsiyyət hər zaman eyni olur.

Bu bölünmə mayalanmadan sonra ilk 3 gün ərzində olursa diamniotik dixorionik (iki amnion kisəsi, iki cift), 4-8 günlər arasında olursa diamnionik monoxoryotik (iki amnion kisəsi, bir cift), 9-13 gün arasında olursa monoamniotik monoxorionik (tək amniyon kisəsi, tək cift) əkiz hamiləlik olur.

Ən çöx rast gələn diamniotik monoxoriyoniktir. 13 gündən sonra olan bölünmələrin nəticəsində isə siyam əkizləri (yapışıq əkizlər) meydana gələr.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...